Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, indiki mərhələdə Dağlıq Qarabağ ermənilərinin öz evlərinə qayıtması real deyil.
Birbaşa xətt zamanı vətəndaşların suallarını cavablandırarkən qeyd edib ki, insanların qayıdışı indi real olsaydı, insanlar oradan heç getməzdi.
Paşinyan Qarabağ ermənilərinin Ermənistandan ciddi axınının olmamasından da məmnun olduğunu bildirib. O, tezliklə bütün qarabağlıların vətəndaşlıq alacağını və tam inteqrasiya olunacağını gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.