AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden Netanyahunu girov mübadiləsi ilə bağlı razılaşmaya razı salıb

  • + A
  • - A
  • 24-11-2023, 23:59

    Bayden Netanyahunu girov mübadiləsi ilə bağlı razılaşmaya razı salıb


    İsrail hakimiyyəti ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqindən sonra Fələstinin Həmas qrupu ilə girovların mübadiləsi və döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəlib. RİA Novosti xəbər verir ki, bu barədə NBC telekanalı adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

    Telekanalın mənbəsinin sözlərinə görə, əgər Baydenin təzyiqi olmasaydı, İsrailin HƏMAS ilə yekun razılaşması Netanyahu tərəfindən təsdiqlənməyəcəkdi.

    O, əldə olunan razılaşmanın İsrailin baş nazirinin deyil, “Baydenin razılaşması” olduğuna inanır.

    Bundan əvvəl İsrail ordusu bildirib ki, həkimlər Qəzza zolağından azad edilən girovları müayinə edib və onların həyatlarının təhlükədə olmadığı qənaətinə gəliblər. Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzza zolağından girov götürülən 24 nəfərdən ibarət qrupun uğurla azad edildiyini təsdiqləyib.

    Bundan əvvəl Hollivud aktyorları Baydenə məktub yazaraq onu İsrail və Qəzzada yanğını dayandırmağa çağırmışdılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR