ABŞ prezidenti Co Bayden noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərin Konfransına gəlməyəcək. Azadmedia.az xəbər verir ki, bu barədə New York Times Ağ Evdəki mənbələrə istinadən yazır.
Bayden administrasiyasındakı mənbə Amerika liderinin bu iki həftəlik forumda görünməməsinin səbəbini açıqlamayıb.
Bundan əvvəl RİA Novosti xəbər vermişdi ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski noyabr-dekabr aylarında Dubayda keçiriləcək BMT-nin iqlim konfransında görüşə bilərlər.
Görüş BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən təşkil oluna bilər. O, ideyanı Roma Papası ilə müzakirə edib və plan barədə ABŞ prezidenti Co Baydenə məlumat verib.
Hər iki tərəfdən Putin və Zelenskinin konfransda iştirakının rəsmi təsdiqi olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.