Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır, lakin Tayvanın müstəqilliyinə yönəlmiş separatçı hərəkətlərə dözməyəcək.
Azadmedia.az xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin sədri Çen Binxua deyib.
Belə ki, Çen Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qeyri-dinc vasitələrdən və digər zəruri tədbirlərdən istifadəni tələb edən qanunu xatırladıb:
“Tayvanın müstəqilliyi müharibə deməkdir. Çin Tayvanın müstəqilliyini təşviq edən hadisələri təhrik etməyə cəsarət edənlərə səbr etməyəcək və onları bağışlamayacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.