AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər Xarici İşlər Nazirliyi Qəzzada olan 10 girovun azad edildiyini açıqlayıb

  • + A
  • - A
  • 28-11-2023, 23:12

    Qətər Xarici İşlər Nazirliyi Qəzzada olan 10 girovun azad edildiyini açıqlayıb

    Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Qəzza zolağından 9 qadın və bir azyaşlının azad edildiyini bildirib. Bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

    “Bir azyaşlı və doqquz qadın Qəzza zolağından azad edilib, onlardan birinin Avstriya, digər ikisinin Argentina, birinin isə Filippin vətəndaşlığı var”, - diplomat bildirib.

    O, onların hamısının Qırmızı Xaça köçürüldüyünü də qeyd edib.

    Noyabrın 28-də Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında humanitar atəşkəsin yaxın gələcəkdə daha iki gün uzadılmasının mümkünlüyünü açıqlayıb.

    Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyi bildirmişdi ki, HƏMAS əlavə iki günlük atəşkəs müqabilində daha 20 girovu azad etmək niyyətindədir. Qətər diplomatlarının bildirdiyinə görə, azadlığa buraxılacaq məhbusların siyahıları artıq HƏMAS və İsrail tərəfinə təhvil verilib. Eyni zamanda Qətər Xarici İşlər Nazirliyi Qəzzada saxlanılmaqda davam edən girovların dəqiq sayını deyə bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR