Serbiyada Azərbaycanın AzVirt şirkəti Sabac şəhəri yaxınlığında uzunluğu 15,4 kilometr olan Slepçeviç-Badovinci sürətli avtomobil yolunun tikintisinə başlayıb.
Belqradda avtomobil yolunun təməlqoyma mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiç, dövlət rəsmiləri, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.
Layihə çərçivəsində dörd yolayrıcının, beş körpünün və dörd yerüstü qovşağın tikintisi planlaşdırılır.
Bu yolun strateji əhəmiyyətindən danışan Aleksandar Vuçiç qeyd edib ki, indi insanlar Serbiya-Bosniya və Herseqovina marşrutu ilə daha sürətli hərəkət edə biləcək, Bijeljina və Belqrad şəhərləri arasında əlaqə imkanları genişləndiriləcək. Serbiya Prezidenti deyib ki, gələcək planlar vətəndaşların Brçko və Banya Luka, daha sonra isə Tuzla və Sarayevo şəhərlərinə təhlükəsiz hərəkət edə bilmələridir.
Qeyd edək ki, bu layihə hazırda tikintisi davam edən Sabacdan Loznitsaya qədər olan və gələn ilin sonunadək istifadəyə verilməsi gözlənilən yüksək sürətli yolun davamıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.