Türkiyə İsveçin NATO-ya üzvlük müqaviləsini ratifikasiya etməyə çalışır, lakin qərar üçün konkret vaxt çərçivəsi yoxdur. RİA Novosti bu barədə Türkiyə Cümhuriyyəti parlamentindəki mənbəyə istinadən xəbər verir.
“[Qərarın] mümkünlüyü var, lakin səsvermənin vaxtı müəyyən edilməyib. Məsələ hələ də Xarici Əlaqələr Komissiyasının gündəliyindədir. Orada müzakirələr gedir, sonra məsələ Baş Assambleyanın müzakirəsinə çıxarılacaq”, - agentliyin həmsöhbəti bildirib.
Noyabrın 29-da İsveçin NATO-ya üzv olmaq ərizəsinin ratifikasiya prosesinin bir neçə həftəyə başa çata biləcəyi barədə məlumat yayılıb.
Bir gün əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen demişdi ki, o, dekabrın 25-də Avropada qeyd olunan Milad bayramından əvvəl İsveçin NATO-ya daxil olmasını alyansın bütün üzv ölkələrinin təsdiqləyəcəyini gözləyir.
Noyabrın 16-da məlum olub ki, Macarıstan hələ İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməyə hazır deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.