Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Rusiyanın Yuxarı Lars keçid məntəqəsində qəbul etmədiyi yüklərə görə təcili iclas çağırır. TASS bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana istinadən xəbər verir.
“Biz Rosselxoznadzor tərəfindən dərc edilmiş materialları götürmüşük və iş adamlarımızın məhsullarının Rusiya Federasiyasında mövcud standartlara nə dərəcədə uyğun olmadığını başa düşmək üçün onları öyrənirik. Qəribədir ki, il ərzində 35 maşın geri qaytarılır, iki gün sonra daha 35 maşın qaytarılır, malın keyfiyyəti isə dəyişməz. Biz Aİİ çərçivəsində təcili iclas çağırmışıq, o iki gün ərzində baş tutacaq”, - Kerobyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.