AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hollandiya 1,5 min ukraynalı qaçqını qəbul etməyəcək

  • + A
  • - A
  • 30-11-2023, 22:42

    Hollandiya 1,5 min ukraynalı qaçqını qəbul etməyəcək

    Hollandiya hakimiyyəti Purmerend bələdiyyəsində 500-dən 1,5 minə qədər ukraynalı qaçqının yerləşdirilməsi layihəsini dəstəkləmədiklərini bəyan edib. Bu barədə Hollandiya Yayım Korporasiyası (NOS) məlumat yayıb.

    Purmerend bələdiyyəsi qeyd etdi ki, yerli hakimiyyət orqanları tərəfindən təqdim edilən layihənin iqtisadi əsaslandırılması milli hökumət tərəfindən maliyyələşdirilmir.

    "Bu, Purmer Zuid Zuid-də və ya bələdiyyəmizin hər hansı bir yerində bu ölçüdə qəbul sahəsinin yerləşdirilməsini qeyri-mümkün edir", - yazıda deyilir.

    Layihəyə əsasən, ukraynalı qaçqınların 10-15 il müddətinə müvəqqəti tikilmiş bir neçə yüz evdə yerləşdirilməsi nəzərdə tutulurdu.

    Bundan əvvəl “Spiegel” nəşri Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun və Bamberqdəki Otto Fridrix Universitetinin alimlərinin birgə araşdırmasına istinadən yazıb ki, son illərdə Almaniyaya gələn qaçqınların yarıdan çoxunun işi var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR