AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda təbliğatla mübarizə fondu yaradılıb

  • + A
  • - A
  • 1-12-2023, 17:41

    Ermənistanda təbliğatla mübarizə fondu yaradılıb

    Ermənistanda əsas vəzifəsi regional təbliğatla mübarizə olacaq fond yaranıb. Elmi faktları axtarıb əsaslandıracaq.
    Ermənistanda təbliğata qarşı mübarizə məqsədilə Qeqard elmi-analitik fondu yaradılıb. Bu barədə yerli KİV məlumat yayıb.

    Qəyyumlar Şurasının sədri respublika Elmlər Akademiyasının prezidenti vəzifəsini tutan Aşot Saqyan olub.

    Fondun məqsədləri yeni tədqiqat platformasının formalaşdırılması, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, universitetlərdə və elmi təşkilatlarda elmi-analitik işin təşviqi olacaq.

    Fond Cənubi Qafqazın tarixi ilə bağlı təhrif olunmuş məlumatlara qarşı çıxacaq elmi faktları axtarıb əsaslandıracaq.

    Fondun ermənişünaslıq və sosial elmlər sahəsində mütəxəssisləri birləşdirə bilməsi də planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR