AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təl-Əviv HƏMAS-ın raket hücumuna məruz qalıb

  • + A
  • - A
  • 1-12-2023, 20:09

    Təl-Əviv HƏMAS-ın raket hücumuna məruz qalıb

    Fələstinin Həmas hərəkatı İsrailin Təl-Əviv şəhərinə bir neçə raket atıb. Bu barədə Fələstin təşkilatının rəsmi Telegram kanalında məlumat verilib.

    Açıqlamada qeyd olunub ki, qəsəbəyə hücum hərəkatın hərbi qanadı Əl-Qəssam briqadası tərəfindən təşkil edilib. Eyni zamanda, HƏMAS İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında dinc əhaliyə vurduğu ziyanla bağlı yəhudi dövlətinin ərazisinə zərbələr endirmək qərarına gəlib.

    Dekabrın 1-i səhər saatlarında İsrail qoşunlarının mətbuat xidməti ölkədə hava hücumundan müdafiə sistemlərinin işə salındığını elan edib. İsrail ordusunun məlumatına görə, müdafiə texnikası Qəzza zolağından atılan raketi səmada məhv edib.

    Daha sonra İsrail Müdafiə Qüvvələrinin nümayəndələri HƏMAS-a qarşı humanitar atəşkəs razılaşması çərçivəsində oktyabrın 24-də dayandırılmış hərbi əməliyyatların bərpa olunduğunu elan ediblər. Həmin gün İsrail qüvvələrinin mətbuat xidməti bildirib ki, yəhudi dövlətinin əsgərləri qırıcı təyyarələrin köməyi ilə Qəzza zolağının ərazilərindən birində - Əl-Furqanda Fələstin hərəkatının 200-dən çox hədəfini vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR