Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.
KİV-in məlumatına görə, onu hazırda istehsalda olan eyni tipli daha 26 avtomobil müşayiət etməlidir.
Ermənistan bu yaxınlarda Thales-dən üç GM2 200 radarına dair sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü üçün danışıqlar aparılır.
Yada salaq ki, 2023-cü il oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyan Lekornu demişdi ki, Fransa üç GM 200 radarının satışı və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı saziş vasitəsilə Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edir. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin Silahlı Qüvvələrində islahatlar və modernləşdirmə səylərini dəstəkləyəcək.
Fransa və Ermənistanın müdafiə nazirləri “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.