Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin sərhəd departamentinin rəhbəri Eva Kalmus bildirib ki, ölkə hakimiyyəti Finlandiyadan nümunə götürərək “istənilən vaxt” Rusiya ilə sərhədi bağlamaq qərarı verə bilər.
"Biz estoniyalılardan Rusiyaya getməmələrini xahiş edirik. Artıq Rusiya Federasiyasına gedənlər geri qayıtmağın çox çətin olacağı çıxılmaz vəziyyətdə qala bilərlər", - E.Kalmus müsahibəsində bildirib.
Onun sözlərinə görə, Estoniya və Rusiya sərhədindəki keçid məntəqələri ölkə hökumətinin müvafiq qərarından sonra bir saat ərzində bağlana bilər. Eva Kalmusun vurğuladığı kimi, Rusiya Federasiyası ilə sərhədin bağlanması zərurəti ilə bağlı qərar müzakirə mərhələsində olsa da, hakimiyyət bu cür tədbirlərin həm lehinə, həm də əleyhinə olan arqumentləri nəzərdən keçirir.
Xatırladaq ki, Finlandiya noyabrın 28-də qeyri-leqal miqrantların sayının artması ilə əlaqədar dekabrın 13-dək Rusiya ilə sərhəddəki bütün keçidləri bağladığını elan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.