Azərbaycan tərəfi hələ ki, Yerevanın sülh müqaviləsi layihəsi ilə bağlı altıncı təkliflər paketinə cavab verməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu bazar ertəsi Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
“Azərbaycan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı Ermənistan tərəfinin son təkliflərinə hələ ki, cavab verməyib. Cavab alan kimi sizə məlumat verəcəyik”, - Səfəryan bildirib.
İrəvan noyabrın 21-də Bakıya sülh müqaviləsi ilə bağlı altıncı təkliflər paketini göndərdi.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın sonunda Ermənistanın sülh müqaviləsinin razılaşdırılması prosesini ciddi şəkildə gecikdirdiyini bəyan edib.
Azərbaycan XİN-in məlumatına görə, Ermənistana sülh sazişi layihəsi ilə bağlı Azərbaycana təkliflərə cavab vermək üçün təxminən iki ay yarım vaxt lazım olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.