AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Stokholmun siyasəti neytrallaşdırmaqdan imtina etməsi Putini məyus edib

  • + A
  • - A
  • 4-12-2023, 21:32

    Stokholmun siyasəti neytrallaşdırmaqdan imtina etməsi Putini məyus edib

    Rusiya İsveçlə əməkdaşlığın məhdudlaşdırılmasından təəssüflənir. Bunu Rusiya prezidenti Vladimir Putin səfirlərə etimadnamələrin təqdim edilməsi mərasimində deyib.

    “Təəssüf hissi ilə qeyd etməliyik ki, <...> İsveç Krallığı ilə münasibətlərdə tam təmas yoxdur”, - Putin deyib.

    O, ticarət-iqtisadi, eləcə də mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətin dayandırıldığını vurğulayıb.

    Putin qeyd edib ki, Stokholmun iki əsrlik hərbi bloklarda iştirak etməmək siyasəti yürütməkdən imtina etməsi “suallar yaratmaya bilməz”. O, neytrallığın İsveç tərəfinə dividendlər gətirdiyini və Şimali Avropada təhlükəsizliyin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Rusiya liderinin sözlərinə görə, bu gün Moskva ilə Stokholm arasında münasibətlər heç bir tərəfin maraqlarına cavab vermir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR