AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ etiraf edir ki, F-16-nın tədarükü Kiyev üçün istənilən nəticəyə gətirib çıxarmayacaq

  • + A
  • - A
  • 4-12-2023, 21:45

    ABŞ etiraf edir ki, F-16-nın tədarükü Kiyev üçün istənilən nəticəyə gətirib çıxarmayacaq

    F-16 qırıcılarının Ukraynaya tədarükü istənilən hava üstünlüyü gətirməyəcək, çünki Rusiyanın hava hücumundan müdafiə sistemləri çox effektivdir və pilotların təlimi çox uzun çəkir. Washington Post ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmayan yüksək rütbəli rəsmisinə istinadən yazır.

    “Əgər 3 ay ərzində F-16 üçün çoxlu pilot yetişdirmək mümkün olsaydı, onlar ilk gündə sıradan çıxarılardı, çünki Rusiyanın Ukraynadakı hava hücumundan müdafiə sistemləri çox etibarlı və effektivdir”, - mənbə bildirib.

    Materialda qeyd olunur ki, bahalı təyyarələrin çatdırılması, eləcə də pilotların hazırlanması ən azı bir il çəkəcək və hadisələrin gedişinə təsir göstərməyəcək.

    Jurnalistlər onu da qeyd edirlər ki, qiyməti 60 milyon dollar olan az sayda təyyarə belə pulu yeyəcək və bunun əvəzinə nəqliyyat, hava hücumundan müdafiə avadanlığı və ya sursat almaq üçün istifadə oluna bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR