AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov Xəzəryanı dövlətlərin Xarici İşlər nazirliklərinin rəhbərləri ilə görüşə başlayıb

  • + A
  • - A
  • 5-12-2023, 13:36

    Lavrov Xəzəryanı dövlətlərin Xarici İşlər nazirliklərinin rəhbərləri ilə görüşə başlayıb

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirliklərinin rəhbərləri ilə görüşə başlayıb. Bu barədə TASS məlumat yayıb.

    Lavrov Rusiya Xarici İşlər Nazirliyinin Spiridonovkadakı Qəbul Evinin salonlarından birində Xəzər “beşliyi”nin geniş gündəliyi üzrə danışıqlar aparır. İclasda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Hossein Amir Abdollahian, Murat Nurtleu və Rəşid Meredov iştirak edirlər. Bütün nazirlər bir-birindən bərabər məsafədə dəyirmi masa arxasında oturdular.

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın görüşdən əvvəl dediyi kimi, tədbir 2022-ci ilin iyununda Aşqabadda keçirilən altıncı Xəzər sammitində razılaşdırılmış mandat çərçivəsində yeni müntəzəm nazirlər dialoquna start verir.

    Bundan əvvəl “Xəzər beşliyi” ölkələrinin prezidentləri müvafiq sammitin kommünikesində sahilyanı dövlətlərin Xəzərdə fəaliyyətinin əsaslanacağı iyirmiyə yaxın prinsipi qeyd etmişdilər. Onların arasında Xəzərdə başqa ölkələrin silahlı qüvvələrinin olmaması prinsipi də var. VII Xəzər sammiti İranda keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR