Gələn ilin martında Bakıda Xəzəryanı ölkələrin yüksək səviyyəli işçi qrupunun iclası keçiriləcək. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
O qeyd edib ki, Xəzər regionu ölkələrinin müxtəlif əməkdaşlıq platformaları var.
“Belə əməkdaşlıq platformalarından biri də dövlət başçılarının qərarı əsasında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün formatıdır. Qərara əsasən, ilk iclas bu gün baş tutub.
Bu gün həm dar, həm də geniş tərkibdə görüş baş tutub. Xəzər mövzusu ilə bağlı çoxşaxəli məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər Zirvə toplantısında qəbul edilmiş qərarların icrası ilə bağlı geniş müzakirələr aparılıb. İclasın yekunu üzrə birgə bəyanat qəbul edilib”, - deyə Ceyhun Bayramov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.