Bakıya İrəvanda revanşizm cəhdlərinin olmayacağına dair təminat lazımdır. Azadmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycanın Ermənistanda revanşizm cəhdlərinin olmayacağına dair təminatlara ehtiyacı var”, - Əliyev çərşənbə günü “Qarabağ: 30 ildən sonra vətənə qayıdış” beynəlxalq forumunda çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bu, Azərbaycana ona görə lazımdır ki, “biz Ermənistanda nə baş verdiyini bilirik”, “biz bəzi Avropa paytaxtlarında müşavirlərdən xəbərdarıq”.
“Biz istərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın və bununla bağlı təminatlar olmalıdır”, - deyən Əliyev əlavə edib ki, Ermənistan tərəfi “DQR”in tarixdə qalanını unutmalı və sərhədin delimitasiyasına başlamalıdır.”
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o qədər də həcmli deyil - “maksimum 6-7 səhifə, az sayda maddələr var”.
Azərbaycan Prezidenti bildirib ki, Ermənistana Bakının sülh müqaviləsi ilə bağlı son təkliflərinə cavab vermək üçün iki aydan çox vaxt lazım olub, bu, “yalnız Azərbaycanın xarici işlər naziri bunu bəyan etdikdən sonra” edilib. “Bir daha göstərdi ki, “prosesi ləngidən Azərbaycan deyil, Ermənistandır”.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin bu təkliflərini dəyərləndirir və öz təkliflərini vaxtında İrəvana göndərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.