Prezident İlham Əliyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun hər üç ölkəsi səhv edib, çünki onlar Azərbaycanın öz ərazilərini hərbi yolla geri qaytarmasını qəbuledilməz hesab ediblər.
“Biz artıq regionda sülh yaratmışıq. Biz bunu hərbi yolla etdik. Hesab edirəm ki, buna daha çox diqqət yetirilməlidir. Bu, təkcə Qafqaza aid deyil. Biz nümayiş etdirdik ki, sülhə hərbi güclə necə nail olmaq olar.
İşğal zamanı Minsk qrupunun həmsədrləri yekdil fikrə gəliblər ki, bu münaqişənin hərbi yolla həlli yoxdur, dövlət başçısı deyib: “Biz sübut etdik ki, hər üç dövlət yanılıb. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və BMT Təhlükəsizlik Şurasına üzv olmalarına baxmayaraq, yanılmışdılar. Bu yanlış qiymətləndirmə idi. Bu, Azərbaycana bir mesaj idi ki, münaqişənin hərbi yolla həllinə əl atsanız, buna nail olmayacaqsınız. Amma biz sübut etdik ki, bu münaqişənin hərbi yolla həlli var. Bu münaqişə 3 il əvvəl həll olunub”, - deyə dövlət başçısı bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.