AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə əlaqə yarada biləcəyik

  • + A
  • - A
  • 6-12-2023, 12:58

    Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə əlaqə yarada biləcəyik

    İlham Əliyev qeyd edib ki, Laçına qayıdan sakinlərlə görüşündə qeyd edib ki, separatçı liderlər təslim olarsa, onlara amnistiya tətbiq oluna bilər.

    “Təəssüf ki, sözlərim yenə lazımınca qiymətləndirilmədi. Bu gün separatçı liderlər Azərbaycanda istintaq təcridxanasındadırlar. Bura gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, Azərbaycana, Bakıya tanklarla gələcəklər. Bu gün onlar Azərbaycanda məhkəmə prosesini və məhkəmə sistemimizin yekun hökmünü gözləyirlər.

    Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə əlaqə yarada biləcəyik. Amma çox təəssüflər olsun ki, orada hakimiyyəti özünəməxsus şəkildə inhisara alan insanlar buna imkan vermədilər. Bundan əlavə, sentyabr ayında bizim üçün qırmızı xətti keçmək demək olan iki hadisə baş verdi. Birincisi, Ermənistanın baş nazirinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki Ermənistanın baş nazirinin dediyi və imzaladığı ilə tamamilə ziddiyyət təşkil edir. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb. Bundan sonra və eyni ruhda çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi bizim üçün tamamilə qəbuledilməz və çox ziddiyyətli hərəkətə çevrildi”, - deyə dövlət başçısı vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR