İranın “Salman” daşıyıcı raketi kosmik mühitdə insanın həyat şəraitini öyrənmək üçün nəzərdə tutulmuş yeni biokapsulu 130 km yüksəklikdə aşağı Yer orbitinə çıxarıb.
İran kosmosun tədqiqi istiqamətində daha bir addım atıb - o, kosmosa Yerdən 130 km məsafədə orbitdə olmağın bütün parametrlərini yayımlayacaq yeni biokapsul göndərib, İranın dövlət xəbər agentliyi Tasnim yazır.
TASS xəbər verir ki, yeni kosmik kapsulun çəkisi 500 kq-dır, o, insanların kosmosda yaşaması üçün şəraiti öyrənmək üçün lazımi avadanlıqla təchiz edilib və insanların kosmosa göndərilməsi üzrə yol xəritəsinin bir hissəsi kimi orbitə buraxılıb.
Biokapsul layihəsi İran Müdafiə Nazirliyinin bölməsi olan Aerokosmik Sənaye Təşkilatının yeni inkişafıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.