Brüsseldə Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Tədbirdə Aİ ölkələrinin xarici işlər nazirləri, həmçinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən altı ölkədən beşinin (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan) xarici işlər nazirləri iştirak edəcək.
İclasa Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Cozep Borrel rəhbərlik edəcək. Tədbirdə Avropa komissarı Oliver Várhelyi də iştirak edəcək.
“Nazirlər “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı fikir mübadiləsi aparacaq, əldə olunan nailiyyətləri qiymətləndirəcək və gələcək siyasət üçün konkret tövsiyələr müəyyən edəcəklər. İclasda nazirlər Şərq Tərəfdaşlığının üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarını necə qarşılamağa davam edə biləcəyini, 2024-cü ildə birgə işləmək üçün əsas prioritetlərin nədən ibarət olduğunu, Şərq Tərəfdaşlığının İqtisadi və İnvestisiya Planının həyata keçirilməsini necə sürətləndirməyi və belə ölkələrlə əməkdaşlığı necə genişləndirmək olmasını müzakirə edəcək.
Nazirlər 2024-cü ilə qədər konkret nəticələr əldə etməyi planlaşdırır, xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahələrində”, - Aİ bildirib.
Qeyd edək ki, 2009-cu ildə birgə siyasi təşəbbüs kimi irəli sürülən “Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqı, onun üzv dövlətləri və altı şərq qonşusu: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında münasibətləri gücləndirmək və dərinləşdirmək məqsədi daşıyır. .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.