AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!

  • + A
  • - A
  • 8-12-2023, 16:49


    Ermənistan indiki halda çox ağır psixoloji seçim qarşısındadır. Çünki 150 il bir millət bu təsəvvürlə yaşayıb. İndi isə onların təsəvvürləri darmadağın olub. Görünən odur ki, ermənilər əvvəlki əsatirlərdən, düşüncələrindən, inanclarından çox çətinliklə qopur. Ona görə də məğlubiyyəti heç cür qəbul etmək istəmirlər. Fakt isə odur ki, 2020-ci ildə 44 günlük müharibədəki məğlubiyyət erməni əsatirlərini alt-üst etdi.

    Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

    O bildirib ki, toylarında “müzəffər erməni ordusu”, “nəhəng Ermənistan” dövləti sağlığına tost deyirdilər. Bütün bunlar məhv oldu. İndi ermənilər ağır itkini ağrı-acı ilə qəbul edirlər. Ona görə də məsələləri uzadırlar. Hansısa möcüzəyə ümid edirlər. İrandan, Fransadan, Avropadan, Hindistandan ümid gözləyirlər. İmkanları olsa, Çilidən, Argentinadan da yardım alardılar”.

    Politoloq hesab edir ki, Ermənistan daxilində Azərbaycanın tələblərindən imtina etməyə qadir olan qüvvə yoxdur:

    “Ona görə də, məsələləri hey uzadırlar. Bunun üçün də müxtəlif hiylələrdən istifadə edirlər. Amma bunların heç biri onlar üçün yaxşı sonluq vəd etmir. Sonda məcbur olub sülhə razılıq verəcəklər. Erməni tərəfinə bu məsələdə kimsə zamin durmayacaq. KTMT-dən də onların gözləntisi puç oldu”.

    Zərdüşt Əlizadəyə görə, Ermənistan qonşuları, ilk növbədə Azərbaycan və Türkiyə ilə xoş münasibətlər qursa idi onun heç bir zaminə ehtiyacı qalmazdı:

    “Belə olsa idi Ermənistanın bir nömrəli zamini, hamisi Azərbaycan və Türkiyə ola bilərdi. Sadəcə olaraq erməni cəmiyyətində öz xeyrlərini anlamırlar. Bu da onlara 150 il xəstə fikirlərin təlqin edilməsi ilə bağlıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR