AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

E.Məmmədyarov: “Vasitəçilər olmadan da birbaşa görüşlərin mümkünlüyünü dünyaya göstərdik”

  • + A
  • - A
  • 8-12-2023, 20:12

    E.Məmmədyarov: “Vasitəçilər olmadan da birbaşa görüşlərin mümkünlüyünü dünyaya göstərdik”

    “Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi iki ölkə arasında yeni səhifə açıldığını göstərir. Ən əsas məqam isə Azərbaycan dünyaya göstərdi ki, Ermənistanla birbaşa danışıqlar apara bilər”. Bu fikirləri AzadMedia.az-a keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.
    Keçmiş nazir onu da əlavə etdi ki, təmasların birbaşa həyata keçirilməsi çox önəmlidir:
    “Biz 30 ilə yaxın müddətdə vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə iştirak etmişik. Bu nümunənin heç də uğurlu olmadığını gördük. İki tərəf arasında kənar qüvvələrin olması uğurlu gedişatdan xəbər vermir. İllərlə Azərbaycanla Ermənistan arasında vasitəçilik edən tərəflərin bütün hallarda öz maraqları olub. Məhz bu maraqlar səbəbindən münaqişə illərlə uzanıb. Əlbəttə, Vaşinqton, Brüssel Moskvanın təşəbbüsü ilə keçirilən görüşlərdə həmişə maraqlar özünü göstərib. Düzdü, beynəlxalq təşkilatların iştirakı ilə tərəflər bir araya gələ bilər. Hesab edirəm ki, bu davamlı xarakter almamalıdır. İki ölkə arasında birbaşa görüşlərin keçirilməsi normaldır. Bu formada davam etməklə sülh müqaviləsini sürətləndirmək olar. Birbaşa görüşlə dünyaya onu sübut etdik ki, vasitəçilərin iştirakı olmadan da bir çox məsələləri gerçəkləşdirmək mümkündür”

    Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

    XƏLİL XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR