Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar və ya görüş nəzərdə tutulmayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-12-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi Brüsselə gedib.
Səfər çərçivəsində Ararat Mirzoyan bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.