AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı Azərbaycan tarixinin unudulmaz hadisəsidir

  • + A
  • - A
  • 10-12-2023, 10:34

    2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı  Azərbaycan tarixinin unudulmaz hadisəsidir

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradını dəyərləndirərək qeyd etmişdir ki, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
    Böyük Qələbəmizin şərəfinə keçirilən paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Azadlıq meydanından birlikdə keçmələri, Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalanması iki xalqın əbədi qardaşlığı və dostluğundan xəbər verdi.
    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dediyi ki, “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”
    Paradı iki qardaş dövlətin rəhbərlərinin birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi bir siqnal idi və hamıya nümayiş etdirdi ki Azərbaycanın haqlı mövgeyi Türkiyə tərəfindən bütün müstəvilərdə müdafiə olunur. Vətən müharibəsinin ilk saatlarından başlayaraq, Türkiyənin Azərbaycana xalqına dəstəyi bizim bir çox əsrlərdən bəri formalaşan sarsılmaz münasibətlərimizin tasdiqi idi.
    Düşməni darmadağın edən şanlı Silahlı Qüvvələrimiz tərəfindən qısa zaman kəsiyində 2020-ci il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad olunması həm Azərbaycan, həm Türkiyə xalqları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.
    Prezident İlham Əliyevin dediyi kimi, “biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik.”
    Bu gün Azərbaycan Cənubi Qafqazda sülh və əminamanlıq siyasətini həyata keçirilməsi istiqamətində önəmli addımlar atır və davamlı sülhün, təhlükəsizlik rejiminin bərqərar olunması bu regionun hər bir dövlətinin və xalqının maraqlarına cavab verir.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR