Avropa İttifaqı Komissiyası daxili istifadə üçün tankerlərin Rusiya təşkilatlarına satışını qadağan edə bilmədi. Bu barədə “Reuters” Aİ Komissiyasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, onlar 12-ci sanksiyalar paketinə tankerlərin satışına qadağa qoyulmasını da daxil etmək istəyiblər.
Bu gün Aİ diplomatiyasının rəhbəri Xosep Borel bildirib ki, Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri Kiyevə hərbi yardım üçün yeni tranşla bağlı razılığa gələ bilməyiblər.
Dekabrın 11-də Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiyaya qarşı sanksiyaların ilin sonuna kimi qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.