Aİ-nin Ermənistanda mülki müşahidə missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verməyəcək. Azadmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilən qəbulda deyib.
Diplomatın sözlərinə görə, Avropa İttifaqı əlavə gərginlik və inamsızlıqdan başqa Zaqafqaziyaya yeni heç nə gətirməyəcək.
Qaluzin qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqazdakı siyasəti “yalnız Rusiyanı oradan sıxışdırmağa yönəlib”.
O, ilin sonuna kimi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması şansının olduğuna əmindir.
“Bu sualı yəqin ki, Ermənistan və Azərbaycan diplomatlarına ünvanlamaq daha yaxşıdır, amma demək istərdim ki, hər zaman şans var, məsələ Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyidir”, - diplomat qeyd edib.
Eyni zamanda o, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.
Bir müddət əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell Aİ xarici işlər nazirləri rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Aİ ölkələrinin xarici işlər nazirləri özlərinin mülki icma missiyasının sayını artırmaq qərarına gəliblər. .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.