Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə edilib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti Türkiyə Milli Məclisində olub, burada türkiyəli deputatlar – parlamentlərarası dostluq qrupunun idarə heyətinin üzvləri ilə görüşüb.
Görüş zamanı iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, Azərbaycanın parlament nümayəndə heyəti Ankarada səfərdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.