Rusiya sülhməramlı kontingentinin (RMK) Qarabağdakı komandanlığı ərazinin birgə minalardan təmizlənməsi məsələlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri ilə danışıqlar aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi bülletenində məlumat yayıb.
Qeyd olunur ki, RMK Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb”, - deyə departamentin açıqlamasında bildirilir.
Bülletendə qeyd olunur ki, Rusiya sülhməramlıları təhlükəsizliyin təmin edilməsi və mülki şəxslərin hüquqlarına hörmət edilməsi üçün Bakı ilə daim əməkdaşlıq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.