AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq və Gürcüstana Aİ-yə namizəd ölkə statusu veriləcək

  • + A
  • - A
  • 14-12-2023, 22:02

    Avropa Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq və Gürcüstana Aİ-yə namizəd ölkə statusu veriləcək

    Avropa liderləri Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldova ilə Avropa Birliyinə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəliblər. RİA Novosti yazır ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sosial şəbəkələrdə məlumat verib.

    Mişel yazıb: “Avropa Şurası Ukrayna və Moldovanın üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

    Noyabrın 8-də Avropa Komissiyası Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib və danışıqlar çərçivəsinin qəbulunu Kiyev və Kişinyovun bir neçə şərti yerinə yetirməsi ilə şərtləndirib.

    Həmçinin Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi barədə qərar qəbul ediblər.

    “Avropa Şurası Gürcüstana namizəd statusu verib”, o yazıb.

    Avropa İttifaqının dövlət və hökumət başçıları 2022-ci ilin iyununda Brüsseldə keçirilən sammitdə Gürcüstana deyil, Ukrayna və Moldovaya Aİ-yə namizəd ölkələr statusu veriblər. Aİ Gürcüstana belə statusun verilməsini 12 şərtin yerinə yetirilməsi ilə şərtləndirib. Aİ diplomatiyasının rəhbəri Josep Borrell bu ilin sentyabrında Tbilisiyə səfəri zamanı bildirib ki, Gürcüstan Avropa Komissiyasının namizəd ölkə statusu almaq üçün qoyduğu 12 şərtdən indiyədək yalnız üçünü yerinə yetirib.

    Eyni zamanda, Polşa da əvvəllər bəyan edib ki, onlar Gürcüstana statusun verilməsini eks-prezident Mixail Saakaşvilinin taleyi ilə bağlı məsələnin həlli ilə əlaqələndirməyi zəruri hesab edirlər.

    Tiflis bu yaxınlarda vurğuladı ki, ilin sonuna kimi Aİ üzvlüyünə namizəd statusu alacağını gözləyir. Özlüyündə namizəd ölkə statusu, eləcə də danışıqların başlanması ölkənin Avropa İttifaqına daxil olması demək deyil, bu addımlar həm də Brüsseli heç nəyə məcbur etmir. Namizəd statusunun əldə edilməsi Aİ-yə daxil olmaq üçün kifayət qədər uzun bir səyahətin yalnız başlanğıcıdır. Türkiyə 1999-cu ildən, Şimali Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə 2012-ci ildən namizəd statusundadır. Xorvatiya 2013-cü ildə Aİ-yə üzv olan sonuncu ölkə olub və bu proses 10 il çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR