AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvanın hərəkətləri üçtərəfli bəyanatın bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb

  • + A
  • - A
  • 14-12-2023, 22:06

    İrəvanın hərəkətləri üçtərəfli bəyanatın bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb

    Rəsmi İrəvanın hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

    “Biz İrəvanın bir sıra hərəkətlərini qeyd etməyə bilmərik ki, buna görə də üçtərəfli razılaşmaları tam yerinə yetirmək mümkün olmayıb.

    Erməni tərəfinin üçtərəfli razılaşmaları pozaraq Qarabağa silah tədarükü üçün Laçın dəhlizindən istifadə etməsi və İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi mənfi təsir göstərib və bu, 2023-cü ilin sentyabrında əsasən toqquşmalara səbəb olub. Xüsusilə, erməni tərəfi 10 noyabr 2020-ci il tarixli yüksək səviyyəli bəyanatın 9-cu bəndinin müddəalarına əməl etməkdən boyun qaçıraraq, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin başlanmasına bir neçə aydır mane olur”, - Zaxarova qeyd edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR