Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev olacaq. YAP İdarə Heyətinin iclası keçiriləcək, bu qərar rəsmi elan olunacaq. Azadmedia.az xəbər verir ki, bu sözləri 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı
Məşhur Məmmədov növbədənkənar seçkilərə münasibət bildirərkən deyib:
"2021-ci ildə keçirilən sonuncu qurultayımızda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib.
Cənab Prezident İlham Əliyev tarixə Qarabağ fatehi kimi adını şərəflə yazdırdı. Sentyabrda lokal antiterror tədbirlərlə sonuncu erməni terrorçu da Xankəndindən qovuldu. Aparılan sorğular, cəmiyyət arasında olarkən aydın görmək olar ki, Prezident İlham Əliyevin reytinqi çox yüksəkdi. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə ən yüksək reytinq qazanıb. Düşünürəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirlə razılaşar. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək". M.Məmmədov növbədənkənar prezident seçkilərinin xüsusi coşqu ilə keçiriləcəyinə əminliyini bildirib. Qeyd edib ki, bu dəfə seçən də, namizəd də qalib ölkənin qürurlu vətəndaşlarıdır. Keçiriləcək seçkilər yaranan yeni reallıqların təzahürüdür, zamanın tələbidir. Ümummilli liderimiz Heydər Əliyevin şərəfinə "Heydər Əliyev İli"ndə onun siyasi varisi ən böyük arzusunu həyata keçirdi. Bu dəfəki seçkini Milli Məclisin sədri Sahibə xanım nahaq yerə "Zəfər seçkisi" adlandırmadı. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək.
Prezident İlham Əliyevin milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması ilə bağlı həyata keçirdiyi tədbirlər əsrlər sonra Azərbaycan dövlətinin ən qüdrətli dövrünü yaşamasına səbəb olub:
"Ulu öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyası yeni çağırışlarla davam etdirilir. Zamanın tələbindən asılı olaraq seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Gedişat, növbədənkənar seçkiyə münasibət göstərir ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərini dəstəkləyəcək. Bir sözlə, gələn il fevralın 7-də şəffaf şəkildə keçiriləcək prezident seçkilərində qədirbilən xalqımız öz düzgün qərarını verəcək".Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.