AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Üzərimə düşən işi məsuliyyətlə yerinə yetirəcəm”

  • + A
  • - A
  • 15-12-2023, 15:52

    Deputat: “Üzərimə düşən işi məsuliyyətlə yerinə yetirəcəm”

    “Mədəniyyət sahəsi ilə bağlı məsələlər hər zaman işimin əsas hissəsini təşkil etdiyindən, çətinlik çəkəcəyimə inanmıram. Millət vəkili kimi fəaliyyətimi necə varsa elə davam etdirəcəm. Fəaliyyətimi qiymətləndirib seçiblər, mən də üzərimə düşən işi məsuliyyətlə yerinə yetirəcəm” Bu fikirləri AzadMedia.az-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.
    Xanım deputat mədəniyyət sahəsinə yad olmadığını da vurğulayıb. Həmçinin gələcək planlarından da söz açıb:
    “Milli Məclisin Mədəniyyət komitəsində, məhz mədəniyyət üzrə qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanun layihələrinin qəbulunda səylərimi daha da artıracam və çalışacam göstərilən etimadı doğruldam. Hər zaman sənət və sənətkarların yanındayam”.
    Qeyd edək ki, bir neçə gün əvvəl parlamentin Mədəniyyət komitəsi yenidən formalaşdırılıb. Millət vəkili Fazil Mustafa Mədəniyyət komitəsinin sədri, Ülviyyə Həmzəyeva isə sədr müavini seçilib.
    Həmçinin Ülviyyə Həmzəyeva Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2013-cü ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul edilib.
    2011-ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Naxçıvan Rəssamlar Birliyinin sədri seçilmişdir. Azərbaycan, ABŞ və Türkiyədə bir çox fərdi və qarışıq sərgiləri keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.
    XƏLİL XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR