Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının onlayn rejimdə keçirilən 47-ci iclasında çıxış edib.
Türkiyəni QDİƏT-də uğurlu və dinamik sədrliyi münasibətilə təbrik edən XİN rəhbəri onun praktiki əməkdaşlığa və konkret layihələrin həyata keçirilməsinə yönəlmiş təşkilata çevrilməsi üçün səylər göstərdiyini vurğulayıb.
C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla sülh gündəmini və münasibətlərin normallaşmasını təşviq etməkdə qərarlıdır.
Onun sözlərinə görə, hazırda rayonda bunun üçün bütün zəruri ilkin şərtlər var.
O, konfrans iştirakçılarına münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda vəziyyət, eləcə də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.