Süni intellekt (AI) sistemlərinin sürətlə mənimsənilməsi, texnologiya nəzarət olunmazsa, ABŞ-ın maliyyə sistemi üçün yeni təhlükələr yarada bilər. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunan Maliyyə Sabitliyinə Nəzarət Şurasının (FSOC) 2023-cü il üçün hesabatında deyilir.
Qrup qeyd edib ki, AI innovasiyaları stimullaşdıra və bankların səmərəliliyini artıra bilər, lakin neyroşəbəkələrin tətbiqi məsuliyyətli yanaşma tələb edir.
“AI-nin kibertəhlükəsizlik və qeyri-dəqiq hesablamalar kimi aspektlər də daxil olmaqla, təhlükəsizlik və etibarlılıq üçün müəyyən risklər yaratmaq potensialı var” deyə FSOC xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, bəzi süni intellektə əsaslanan alətlər son dərəcə qeyri-şəffaf ola bilər, bu da qurumların çatışmazlıqlarına düzgün nəzarət etməyi çətinləşdirir. Şirkətlər və tənzimləyicilər neyron şəbəkələrin necə işlədiyini tam başa düşmürlərsə, qərəzli və ya səhv nəticələr əldə edə bilərlər.
Digər təhlükə süni intellektin analiz üçün istifadə etdiyi məlumat dəstlərindən qaynaqlanır. Bu məlumat getdikcə daha çox üçüncü tərəf təminatçılarından və ya açıq mənbələrdən gəlir və məxfilik və kibertəhlükəsizlik riskləri yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.