Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr qurulub. Biz daha çox iş adamlarımızın Azərbaycana gəlməsini istəyirik. Azadmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən tədbirdə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib.
O, ikitərəfli münasibətlərin dərinliyinin bariz nümunələrindən birinin iki ölkə rəsmilərinin tez-tez, o cümlədən ən yüksək səviyyədə səfərlərinin olduğunu vurğulayıb.
"Son bir ay ərzində Azərbaycan və Türkiyə prezidentləri üç dəfə görüşüblər. Sabah bizim ticarət nazirimiz Azərbaycana səfər edəcək. Ölkələrimiz arasında əlaqələr digər dövlətlər üçün də, o cümlədən siyasi müstəvidə də nümunədir. Biz istəyirik ki, bu münasibətlər inkişaf etsin. “Bir millət”, “iki dövlət” devizi iqtisadi sahədə də özünü göstərdi, iş adamları ilə birlikdə daha da irəli gedəcəyik”, - deyə Cevdet Yılmaz bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı bütün Qafqazın çiçəklənməsinə xidmət edir.
“Biz dostluq münasibətlərinə əsaslanan əlaqələrin digər qardaş ölkələr də daxil olmaqla çoxtərəfli formada olmasını təmin etmək üçün birlikdə çalışırıq”, - deyə o, yekunlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.