Çərşənbə axşamı xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri, o cümlədən regional vəziyyət müzakirə edilib.
Xüsusi nümayəndə Mixail Şvıdkoy ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, gələn il iki ölkə arasında mədəni-humanitar sahədə birgə tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. .
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.