Hindistan qışda Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini (SAM) çatdırmağa hazırlaşır. Bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Ermənistana çatdırılma yaxın bir neçə ayda başlayacaq”, - mənbə qeyd edib.
Nəşr qeyd edib ki, Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb.Akaş hava hücumundan müdafiə sisteminə Braziliya, Misir, Filippin və digər dövlətlər də maraq göstərir.
Akaş kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatının ideya məhsuludur. Silah 2007-ci ilin dekabrında uğurla sınaqdan keçirildi və sonra yeni modifikasiyalar yaradıldı.
Dekabrın əvvəlində Ermənistan Rusiya Federasiyası ilə tərəfdaş kimi silah təchizatı məsələsini həll edəcəyinə ümid etdiyini bildirib. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin rəis müavini Hraçya Sarkisyan bildirmişdi ki, İrəvan Rusiyanı arsenal almadığına görə məhkəməyə verməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.