Azərbaycanda "Qələbə" seçkiləri keçiriləcək. Bütün xalq 2024-cü ildə keçiriləcək Prezident seçkilərinə hazırlaşır. Xalqın dəstəyi reytinqdə rəqib tanımayan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
2003-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə baş verdi.
20 il əvvəl 15 oktyabr Azərbaycanın əlamətdar günlərindən biri kimi tarixə düşdü. Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına səs verib.
Prezident İlham Əliyev Ümummilli Liderin “Mən ona özüm kimi inanıram” sözlərini öz əməlləri ilə sübut etdi. Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, dövrün əsaslarını yaradıb, ölkəni Ulu Öndərin möhkəm təməli üzərində qurulmuş strateji hədəflərə doğru aparıb.
Ümumiyyətlə, son 20 ildə Prezident İlham Əliyevin vədləri uğurla yerinə yetirilib. Azərbaycan xalqının qanayan yarası – Qarabağ böhranı nəhayət ki, aradan qaldırıldı, torpaqlarımızın azad edilməsi istiqamətində əsaslı addımlar atıldı. Belə ki, 2020-ci ildə də qalib Azərbaycan Ordusunun mərd övladları Ali Baş Komandanın əmrini yerinə yetirərək, mədəniyyət sərvətimiz olan Şuşada hər birimiz üçün qiymətli bayrağın dalğalanmasını təmin etdilər.
2023-cü il oktyabrın 15-də “Heydər Əliyev ili”ndə Azərbaycan Prezidenti Azərbaycan bayrağını Xankəndinin mərkəzi meydanında qaldırıb, noyabrın 8-də isə rəşadətli Azərbaycan ordusunun hərbi paradını keçirib.
“Mən şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər və qarşıma qoyduğum bütün tapşırıqlar yerinə yetirilib”. Bir sözlə, fəxrlə demək olar ki, Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqının 20 illik qərarının nə qədər düzgün olduğunu nümayiş etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.