AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Prezidenti: Cənubi Qafqaz münaqişə meydanına çevrilməməlidir

  • + A
  • - A
  • 21-12-2023, 17:26

    İran Prezidenti: Cənubi Qafqaz münaqişə meydanına çevrilməməlidir

    Cənubi Qafqaz regiondankənar qüvvələr üçün münaqişə meydanına çevrilməməlidir. Bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

    İran prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəisi xüsusilə qeyd edib ki, Tehran Cənubi Qafqaza sülh və əmin-amanlığa ehtiyacı olan mühüm region kimi baxır.

    Onun sözlərinə görə, İranın regiona münasibətdə siyasi xətti dəyişməyib və Qafqaz regionunun toqquşma və regiondankənar dövlətlərin müdaxiləsi meydanına çevrilməməsinə diqqət yetirilməli, məsələlərin həlli region ölkələri tərəfindən həyata keçirilməlidir.

    Rəisinin sözlərinə görə, İran bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə hörmət etməklə Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir.

    İran prezidenti bu yaxınlarda Tehranda keçirilən “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) görüşünün uğurla keçirildiyini vurğulayaraq, bunu regional əməkdaşlıq və normallaşmanın gücləndirilməsi üçün konstruktiv addım adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR