AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya sülhməramlıları Qarabağın demək olar ki, bütün sakinlərinin Ermənistana getməsini təmin ediblər

  • + A
  • - A
  • 21-12-2023, 18:28

    Rusiya sülhməramlıları Qarabağın demək olar ki, bütün sakinlərinin Ermənistana getməsini təmin ediblər

    Sentyabrda Dağlıq Qarabağda baş verən münaqişə zamanı Rusiya sülhməramlıları 10 mindən çox dinc sakini öz dislokasiya yerlərinə yerləşdirib, sonra isə demək olar ki, bütün Qarabağ əhalisinin Ermənistana təhlükəsiz çıxışını təmin ediblər. TASS xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov bildirib.

    “Hərbi əməliyyatların aparılması zamanı Rusiya sülhməramlı kontingenti 10 mindən çox mülki şəxsin öz dislokasiya yerlərinə yerləşdirilməsini və sonradan demək olar ki, bütün Qarabağ əhalisinin Ermənistan ərazisinə təhlükəsiz çıxışını təmin edib. Sülhməramlıları xəstəxanalara çatdırır.Eyni zamanda, hərbi kontingentimiz dinc həyat qurmaq və sakinlərin regiona qayıtması imkanlarının təminatçısı kimi vəzifələrini yerinə yetirməkdə davam edir”, - Gerasimov xarici ölkələrin hərbi attaşeləri üçün keçirilən brifinqdə deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR