Uzun müddət həbsxana əvəzinə klinikada yatan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müvafiq idarə onun səhhətini cəzasını çəkməyə yararlı hesab edərsə, cəzaçəkmə müəssisəsinə köçürülə bilər.
Keçmiş dövlət başçısı Mixail Saakaşvili əla fiziki formadadır, ona görə də o, tezliklə həbsxanaya qayıda bilər və cəzasını çəkməyə davam edəcək. Bu açıqlama ilə hakim “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze çıxış edib.
Bir qədər əvvəl “Gürcüstan naminə” müxalifət partiyası eks-prezidentin klinikada qalmasının məqsədəuyğunluğu məsələsini qaldırmışdı.
Tiflis rəhbəri əmindir ki, müxalifətçinin səhhəti əvvəllər mükəmməl qaydada olub və onun çoxsaylı xəstəliklər, o cümlədən ölümcül ola biləcək xəstəliklərlə bağlı bütün şikayətləri sadəcə fərziyyə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.