Parisdə yüzlərlə insan Fransada miqrasiya qaydalarını sərtləşdirən yeni qanuna etiraz aksiyasında iştirak edib.
Agentliyin məlumatına görə, etirazçıların əsas hissəsini əsasən Afrika ölkələrindən olan miqrantlar təşkil edir. Sütun Respublika meydanından Şatele meydanına doğru hərəkət edən etirazçılar əllərində “Qanunsuz immiqrantların koordinasiyası: hamı üçün hərəkət və yaşayış azadlığı!” sözləri yazılmış plakatlar qaldırıblar. Etirazçılar həmçinin daxili işlər naziri Gerald Darmanini tənqid edən şüarlar səsləndiriblər.
Tədbiri hakimiyyətə təzyiqləri artırmağa və ölkə boyu etiraz aksiyalarına çıxmağa çağıran miqrantların müdafiəsi birlikləri təşkil edib. Oxşar “həmrəylik yürüşləri” Fransanın digər şəhərlərində də planlaşdırılır.
Bundan əvvəl Fransanın səhiyyə naziri Orellan Russo miqrasiya haqqında qəddar qanuna görə istefa vermişdi. Məmurun öz xahişi ilə işdən çıxarılması ilə bağlı məlumatı Fransa Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran sosial şəbəkələrdə təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.