Rusiyaya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib. TASS xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.
“Dekabrın 24-də Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının üçüncü partiyası gətirilib.
36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.
Departamentin məlumatına görə, Azərbaycandan yeməli yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar 2023-cü ilin noyabrında Rosselxoznadzorun rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.