Rusiya Federasiyası Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı ciddi fikirdədir və Sankt-Peterburqa səfəri zamanı ondan Moskva ilə Yerevan arasında gələcək münasibətlərlə bağlı aydın cavablar gözləyir. Bu fikri “Joqovurd” qəzeti bildirib.
“Rusiya hakimiyyəti bu dəfə çox ciddidir və Paşinyandan daha bir qeyri-müəyyən cavab yox, Rusiya-Ermənistan əməkdaşlığı ilə bağlı aydın və konkret cavablar tələb edəcək”, mətndən belə çıxır.
Materialda qeyd olunur ki, Vladimir Putin Nikol Paşinyandan şəxsi aydınlıq almaq istəyir. Qəzetin nöqteyi-nəzərincə, Ermənistan uzun müddət Rusiyanın vasitəçiliyi ilə görüşlərdən yayınsa da, seçdiyi kursa peşman olmuş kimi görünür.
Bundan əvvəl Nikol Paşinyan Rusiyanı Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına dair razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Bu bəyanatlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvanın Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarını rədd etmək cəhdləri ilə bağlı sözlərinə cavab olaraq verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.