İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər.
İran və Azərbaycanın xarici işlər nazirləri Əmir Abdullahian və Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, regiondakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin perspektivləri müzakirə edilib.
Qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələlərinə də toxunulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.