Yaxın vaxtlarda Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığını ciddi şəkildə artıracaq tədbirlər həyata keçiriləcək. Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkə Silahlı Qüvvələrinin kollegiyasının iclasında deyib.
“Artıq iş gedir və silahlı qüvvələrin döyüş hazırlığının və döyüş effektivliyinin artırılmasına, idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək proqramlar həyata keçirilir”, - Papikyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.