AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı diplomatlar Fransadan çıxarıldı

  • + A
  • - A
  • 27-12-2023, 22:14

    Azərbaycanlı diplomatlar Fransadan çıxarıldı

    Paris Fransa səfirliyinin əməkdaşlarının Bakıdan qovulmasına reaksiya verib. Cavab addımı azərbaycanlı diplomatların Fransadan çıxarılması olub.
    İki azərbaycanlı diplomatın Fransadan qovulması barədə bu ölkənin Xarici İşlər Nazirliyinə məlumat verilib.

    Xarici İşlər Nazirliyindən bildirilib ki, Fransa tərəfi Azərbaycanın Fransanın Bakıdakı səfirliyində çalışan iki diplomata qarşı persona non qrata elan etməsini nəzərə alıb.

    “Azərbaycanın öz qərarını əsaslandırmaq üçün irəli sürdüyü ittihamları qətiyyətlə təkzib edirik”

    - Fransa Xarici İşlər Nazirliyi bildirib.

    Nazirlik bu gün qəbul edilən qərarın cavab tədbiri olduğunu açıqlayıb.

    Azərbaycanın Fransadakı səfiri bu gün departamentə çağırılıb və ona bu addımla bağlı məlumat verilib.

    Azadmedia.az xatırladır ki, ötən gün Fransanın Bakıdakı səfiri Ann Boyon Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona nota təqdim edilib və diplomatik statuslarına və Vyana Konvensiyasına zidd fəaliyyət göstərən iki fransız diplomatının arzuolunmaz şəxs elan edildiyi bildirilib. Onlara iki gün ərzində Azərbaycanı tərk etmək əmri verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR